Bakı-Şarm Əl-Şeyx aviareysi açılacaq

Bakı-Şarm Əl-Şeyx aviareysi açılacaq

Misirin “Eyr Kayro” aviaşirkəti beynəlxalq reyslərin coğrafiyasının genişləndirilməsi planları çərçivəsində Bakı-Şarm Əl-Şeyx reysini açacaq. Cars-az-ın Azərtac-a istinadən məlumatına görə, Azərbaycanın paytaxtından Misirin məşhur kurort şəhərinə uçuşlar bu il noyabr ayının ortalarında həyata keçiriləcək. Bu barədə məlumatı Misirin “Albavvabnyus” internet qəzeti “Eyr Kayro” şirkətinin direktorlar şurasının sədri Yasir əl-Ramlinin açıqlamasına istinadla verib. Onun sözlərinə görə, Azərbaycanın paytaxtı Bakıdan turist şəhəri Şarm Əl-Şeyxə aviareysin açılması haqqında qərar Mülki Aviasiya Nazirliyinin Orta Asiya və Avropa ölkələrindən turist axınının çoxalmasını təşviq etmək siyasətinin reallaşdırılması çərçivəsində qəbul edilib.

Dostlarınla paylaş


Şərhlər


Top