17.11.2015
Yeniliklər
Sumqayıta yeni avtobus və taksilər gətirildi
Sumqayıt şəhərində ictimai nəqliyyatda istifadə üçün yeni avtobuslar və taksilər gətirilib. İlkin olaraq şəhərdə 15 “Karsan KARATAŞ” markalı avtobus və 15 “London taksi”si dövriyyəyə buraxılacaq. Avtobuslar 7 saylı marşrut üzrə hərəkət edəcək. İlin sonuna qədər daha 60 bu tip avtobus, eləcə də 7 “London taksi”sinin gətirilməsi nəzərdə tutulub. Təqdimatda bildirilib ki, sözügedən avtobus və taksilər müasir standartlara tam cavab verir.
Emin