Bakıda bütün parkomatlar dəyişdiriləcək

Bakıda bütün parkomatlar dəyişdiriləcək

Bakıda parkomatlar təkcə nağd ödənişləri deyil, həm də plastik kartları qəbul edəcək daha müasir parkomatlarla əvəz ediləcək. Cars-az xəbər verir ki, bu barədə trend-ə telekommunikasiya bazarındakı mənbə deyib. Mənbənin sözlərinə görə, hazırda bu məsələyə Bakı Şəhər İcra Hakimiyyətində baxılır: "Parkomatların yaxın 3-4 ay ərzində dəyişdiriləcəyinə başlanılması gözlənilir".

Bundan başqa, sürücülərə SMS-in köməkliyilə parklama ödənişinin yeni variantını təklif etmək planlaşdırılır. Ödəniş üçün abonent balansından istifadə ediləcək. Göndərilən SMS-in qiyməti 0,10 manatı ötməyəcək, parklamanın ödəniş məbləği bu xidmətə görə mövcud tariflərə uyğun olacaq.

Dostlarınla paylaş


Şərhlər


Top