04.11.2015
Yeniliklər
Süleyman Rüstəm küçəsinə yeni asfalt örtüyü döşənəcək
Paytaxtın Nəsimi rayonunda Süleyman Rüstəm küçəsində təmir işləri davam etdirilir. Cars-az xəbər verir ki, bunu trend-ə Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat katibi Pünhan Mürsəliyev deyib. Onun sözlərinə görə, uzunluğu 220 m, hərəkət hissəsinin eni 15 m təşkil edən küçədə köhnə asfalt-beton örtüyünün qaşınması başa çatdırılıb: “Hazırda beton səki daşları mərmər səki daşları ilə əvəzlənir. Yaxın günlərdə yeni asfalt-beton örtüyünün döşənməsinə başlanılacaq”.