Notice: getimagesize(): Read error! in /sites/cars-az.com/system/library/image.php on line 35Notice: Trying to access array offset on value of type bool in /sites/cars-az.com/system/library/image.php on line 37Notice: Trying to access array offset on value of type bool in /sites/cars-az.com/system/library/image.php on line 38 Bakının yeni «Avro-5» avtobusları gəldi
Bakının yeni «Avro-5» avtobusları gəldi

Bakının yeni «Avro-5» avtobusları gəldi

Bakıya yeni sərnişin avtobusları gətirilib. Cars-az-ın xəbərinə görə, bu barədə yeni avtobusları gətirən “Çinar-Trans” MMC-nin direktoru Etibar Manafov anspress-ə məlumat verib. Verilən məlumata görə, yeni gətirilən avtobuslar 25 oturacaqdan ibarətdir. Bundan başqa, avtobusda 30 nəfərə qədər sərnişin ayaq üstə dayana bilər. Avtobus Avro 5 standartlarına uyğundur. Avtobusda 3 kamera var. Sürücü kabinəsində isə monitor quraşdırılıb. Sürücü monitor vasitəsilə avtobusu bütünlüklə görə bilir. Avtobusda baş verənlər isə kameranın yaddaşına yazılır. Sürücü səsgücləndirici vasitəsilə sərnişinlərə müraciət də edə bilər. Sərnişin avtobusunda kondisioner və istilik sistemləri quraşdırılıb.

Qeyd edək ki, yeni avtobuslar İtaliya və Türkiyənin birgə istehalıdır.

Yeni avtobusların ən mühüm xüsusiyyəti isə arxa və ön hissələrin yola uyğun idarə ediliməsidir. Yeni avtobuslar hələlik 15 ədəd gətirilib. Sərnişin avtobusları hələlik 88 saylı avtobus üzrə hərəkət edəcək.

Yeni avtobusların fotolarını təqdim edirik.

Dostlarınla paylaş


Şərhlər


Top