04.11.2015
Yeniliklər
"İnşaatçılar"da təmir başladı
Bakı Metropaliteninin "İnşaatçılar" stansiyasında eskalatorlardan biri təmirə dayanıb. Cars-az-ın ANS-ə istinadən məlumatına görə, artıq eskalatorun pillələri sökülüb və detallar depoya aparılıb. Eskalatorun may ayının 22-nə qədər təmir olunacaği deyilir. Metropolitenin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev eskalatorun pilləkənlərinin söküldüyünü və depoya aparıldığını deyir. Onun sözlərinə görə, pilləkənlərlə yanaşı mühərriklərdə depoda laboratoriyada təmir olunacaq və sıradan çıxmışlar yeniləri ilə əvəzlənəcək.