Avtomobil üçün Wi-Fi modem 

Avtomobil üçün Wi-Fi modem 

Hazırda Barselonada davam edən Dünya Mobil Konqresində ən son mobil texnologiyalar nümayiş olunur. Onlardan biri də Huawei şirkəti tərəfindən nümayiş olunan CarFi sistemidir. Bu, avtomobil üçün nəzərdə tutulmuş və 4G LTE şəbəkəsini dəstəkləyən qurğudur. Cars-az xəbər verir ki, bu qurğu avtomobildə İnternetə çıxış imkanı yaradır və eyni vaxtda 10 cihazı İnternetlə təmin etmək qabiliyyətinə malikdir. CarFi söndürülmüş halda olduqda ondan şarj aləti kimi istifadə etmək mümkündür.

Fidan

Dostlarınla paylaş


Şərhlər


Top