"Elmlər Akademiyası"nın yeni çıxışlarının açılışına sayılı vaxt qaldı

"Elmlər Akademiyası"nın yeni çıxışlarının açılışına sayılı vaxt qaldı

"Elmlər Akademiyası"nın yeni çıxışlarının açılışına sayılı vaxt qaldı

“Elmlər Akademiyası” metro stansiyasının yeni çıxışları dekabr ayında açıla bilər. Bunu Trend-ə ərazidə çalışan işçilər deyib. Tikinti işlərinin böyük hissəsinin yekunlaşdığını deyən işçilər qeyd ediblər ki, hazırda tamamlanma işləri həyata keçirilir: “Artıq çox işləri bitirmişik. Hazırda yüngül kosmetik işləri aparırıq. Bütün işlər noyabrın ortalarına kimi yekunlaşsa, dekabrda açılış olmalıdır”. “Bakı Metropoliteni” QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev isə Trend-ə açılışın konkret nə vaxt olacağı barədə məlumatı olmadığını bildirib.

Qeyd edək ki, ərazidə xeyli abadlıq işləri görülüb. Yerlərə tametlər vurulub, güllər əkilib. AMEA-nın Mərkəzi Kitabxanasının yanından Bakı Dövlət Universitetinə kimi olan yolda yeni işıq dirəkləri quraşdırılıb.

Dostlarınla paylaş


Şərhlər


Top