01.12.2015
Yeniliklər
"165 saylı marşrut əvvəlki hərəkət istiqaməti bərpa olunub" - NİİM
Sakinlərin xahiş və müraciətləri nəzərə alınaraq, Avropa Oyunları ilə əlaqədar xətti qısaldılmış 165 saylı marşrut avtobusunun əvvəlki hərəkət istiqaməti bərpa olunub.
Cars-az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib. Məlumata görə, bu gündən etibarən 165 saylı marşrut avtobusu Binəqədi ərazisindən Şərifzadə küçəsinə kimi hərəkət edir.