30.11.2015
Yeniliklər
Sərnişin stansiyasının binasının tikintisinə başlanıb
Bu ilin sentyabr ayında sahəsi 10 min kvadratmetr olan beşmərtəbəli Sumqayıt sərnişin stansiyasının binası yararsız halda olduğu üçün sökülüb, yerində yeni inzibati binanın tikintisinə başlanıb. Cars-az xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun verdiyi məlumata görə, artıq binanın özülü tökülüb.
Yeni inzibati bina ikimərtəbəli, müasir üslubda olacaq. Burada çalışan dəmiryolçular üçün hər cür şərait yaradılacaq. İlkin olaraq, hərəkətin ahəngdarlığının və təhlükəsizliyinin təmin edilməsi məqsədilə işarəvermə və rabitə avadanlıqları binası tikilib. Hazırda bu otaqlarda tamamlama işləri aparılır.