Prezident üçün yeni təyyarə hazırlanır

Prezident üçün yeni təyyarə hazırlanır

“Boeing” korporasiyası ABŞ prezidenti üçün yeni təyyarələrin hazırlanmasına dair ilkin layihənin müqaviləsi üzrə razılaşma əldə edib. Yeni təyyarə “Boeing 747-8” kommersiya laynerinin bazasında hazırlanacaq. Bu barədə Pentaqon məlumat yayıb. TASS informasiya agentliyi xəbər verir ki, ABŞ Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına əsasən, ilkin müqavilənin dəyəri 25,8 milyon dollar təşkil edəcək. Təyyarəni Hərbi Hava Qüvvələri sifariş verib. Hazırda Ağ Evin rəhbəri VC-25 kimi işarələnən “Boeing-747” təyyarəsindən istifadə edir. Hərbi Hava Qüvvələrinin naziri Debora Li Ceymsin sözlərinə görə, bu təyyarə öz vəzifəsinin öhdəsindən layiqincə gəlsə də, “texnikanı yeniləməyin vaxtı çatıb”.

Dostlarınla paylaş


Şərhlər


Top