27.01.2016
Yeniliklər
Özünü buzdan təmizləyən yollar salınacaq
ABŞ-ın Nebraska Universitetinin professoru Kris Tuanın rəhbərlik etdiyi komanda “Özünü buzdan təmizləyə bilən yollar” layihəsini irəli sürüb. Сars-az-ın Elmlər Akademiyasının saytına istinadən verdiyi xəbərə görə, alimlərin yeni layihəsinə əsasən polad yonqularından və karbondan hazırlanan yeni beton növü elektrikkeçiriciliyə malik olacaq, üzərinə toplanan qar və buzları isidərək əridəcəkdir.
Hazırda Amerikanın Federal Aviasiya Adminstrasiyası bu beton materialının hazırlanmasını pilot proqram olaraq həyata keçirir.
Əgər layihə uğurlu olarsa, ABŞ bu proqramdan aeroport asfaltlarının döşənməsində istifadə edəcəkdir.