Paytaxtın giriş yolu təmir olundu

Paytaxtın giriş yolu təmir olundu

Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC tərəfindən nəqliyyat vasitələrinin rahat və maneəsiz şəkildə hərəkətini təmin etmək məqsədi ilə Bakı-Ələt avtomobil yolunun “Bibiheybət” məscidindən şəhərə doğru olan istiqamətdə aparılan təmir işləri artıq yekunlaşıb.

Cars-az xəbər verir ki, bu barədə oxu.az-a “Azəryolservis” ASC-dən verilən məlumata görə, yolun təmir olunmuş hissəsində nəqliyyat vasitələrinin hərəkəti bərpa olunub.

Qeyd edək ki, təmir işləri zamanı yolun hərəkət hissəsinin deformasiyaya uğramış ərazilərində asfalt-beton örtüyü qaşınaraq, yenisi ilə əvəz olunub.

Qurum bilirib ki, işlər Nəqliyyat Nazirliyi və “Azəryolservis” ASC rəhbərliyinin nəzarəti altında qısa müddət ərzində keyfiyyətlə görülərək, yekunlaşdırılıb.

Top