04.11.2015
Yeniliklər
Bu prospektdə möhtəşəm piyada keçidləri olacaq
Heydər Əliyev prospektinin "Böyükşor" yol qovşağından Heydər Əliyev Beynəlxalq Aeroportu qovşağına qədər olan hissəsində 7 yerüstü piyada keçidindən 6-da köhnəlmiş üzlüklərin sökülməsi işlərinə start verilib. Nəqliyyat Nazirliyi “Azəryolsevis” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib ki, həmin piyada keçidlərində bəzi üzlüklər köhnəlib, bəzi yerlərdə isə üzlüklər dağılıb.
A.Nəcəfli deyib ki, bu, prospektin ümumi görünüşünə xələl gətirir: “Ona görə də qərara alındı ki, daha yeni, müasir üzlüklər vurulsun. Bundan başqa, təmir işləri zamanı keçidlərin işıqlandırma sistemi tam yenilənəcək. Beləliklə, yerüstü piyada keçiləri daha gözəl görünəcək”.
Emin