Notice: getimagesize(): Read error! in /sites/cars-az.com/system/library/image.php on line 35Notice: Trying to access array offset on value of type bool in /sites/cars-az.com/system/library/image.php on line 37Notice: Trying to access array offset on value of type bool in /sites/cars-az.com/system/library/image.php on line 38 Metroda çoxdan gözlənilən yenilik
Metroda çoxdan gözlənilən yenilik

Metroda çoxdan gözlənilən yenilik

Bakının ictimai nəqliyyatında gediş haqqının ödənilməsi üçün vahid ödəniş kartları yaxın günlərdə istifadəyə veriləcək. Cars-az-ın anspress-ə istinadən məlumatına görə, “Bakı Kart” hesabının doldurulması üçün terminallar artıq Bakı metrosunun bir neçə stansiyalarında quraşdırılıb. Hazırlıq Nəqliyyat Nazirliyi, “Bakubus” MMC və Bakı Metropoliteni tərəfindən görülür.

Qeyd edək ki, vahid ödəmə kartını həm metropoliten, həm də avtobuslarda istifadə etmək mümkün olacaq. Yeni kartın qiyməti 2 manat olacaq. İlkin mərhələdə metroda gediş üçün hazırda istifadə edilən kartlarla bərabər yeni kartlardan da istifadə ediləcək. Hazırda paytaxtın 29, 52, 10 saylı avtobuslarında gedişhaqqını kart vasitəsilə ödəmək mümkündür. Nağdsız ödəniş sistemi mayın sonuna 1, 6, 14, 25, 52 və 95 nömrəli avtobus marşrutlarında həyata keçiriləcək.

Qeyd edək ki, avtobuslarda gediş haqqıları bir müddət həm nağd, həm də kart vasitəsilə ödənilə bilər.

Dostlarınla paylaş


Şərhlər


Top