Notice: getimagesize(): Read error! in /sites/cars-az.com/system/library/image.php on line 35Notice: Trying to access array offset on value of type bool in /sites/cars-az.com/system/library/image.php on line 37Notice: Trying to access array offset on value of type bool in /sites/cars-az.com/system/library/image.php on line 38Notice: getimagesize(): Read error! in /sites/cars-az.com/system/library/image.php on line 35Notice: Trying to access array offset on value of type bool in /sites/cars-az.com/system/library/image.php on line 37Notice: Trying to access array offset on value of type bool in /sites/cars-az.com/system/library/image.php on line 38 Bakıda avtobuslar kartla işləyəcək
Bakıda avtobuslar kartla işləyəcək

Bakıda avtobuslar kartla işləyəcək

Bu il mayın sonunda Bakının 6 sərnişin avtobusunda nağdsız ödəniş sisteminin tətbiqinə başlanılacaq. Cars-az xəbər verir ki, bu barədə "Bakı Sərnişin Nəqliyyatı" MMC-dən trend-ə verilən məlumata görə,sistemin tətbiqi üzrə ilkin tədbirlər yekunlaşmaq prosesindədir. Ödənişli nəqliyyat kartlarının satışı mayın sonunda başlamalıdır.

Məlumatda deyilir: "Nağdsız ödəniş sisteminin tətbiqi üzrə iş prosesində Bakının mərkəzi hissəində 29 marşrut xəttində işləyən iri tutumlu "Daewoo" markalı 515 avtobus müəyyənləşib. Həmin avtobuslarda elektron ödənişlərin həyata keçirilməsi üçün "Validator" tipli avadanlığın quraşdırılmasına başlanılıb. Hazırda sınaq mərhələsindən keçən 52 nömrəli marşrut üzrə işləyən 10 avtobusda müvafiq avadanlığın quraşdırılması artıq başa çatıb. Nağdsız ödəniş sistemi mayın sonuna 1, 6, 14, 25, 52 və 95 nömrəli avtobus marşrutlarında həyata keçiriləcək".

Həmçinin qeyd edilir ki, digər şəhərdaxili marşrutlarda avadanlığın quraşdırılması və onlara nağdısz ödəniş sisteminin tətbiqi cari ilin sonuna başa çatacaq: "Bu mərhələ yekunlaşdıqdan sonra şəhərətrafı marşrut xətlərində işləyən avtobuslarda zəruri avadanlığın quraşdırılması üzrə tədbirlər görüləcək".

Dostlarınla paylaş


Şərhlər


Top