04.11.2015
Yeniliklər
Əlillər üçün xoş xəbər- Maşın veriləcək
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən növbəti dəfə əlillər üçün avtomobillər veriləcək. Cars-az ans-ə istinadən xəbər verir ki, əlillərə avtomobillərin verilməsi üçün işlərə gələn aydan başlanılacaq. Əmək və Əhalinin Sosial Müdafisəi Nazirliyinin şöbə müdiri Çingiz Əliyev deyir ki, dövlət büdcəsindən avtomobillər üçün 3 milyon manat ayrılıb: “Keçən il bu maşınların hər biri 7500 manata alınmışdı. Bu ilin iyul ayında da 400 ədəd avtomobilin həmin qiymətə alınması nəzərdə tutulur. İyul ayından etibarən növbəsi çatmış əlillərə həmin avtomobildən vermək planlaşdırılır”.