Bu prospekt yenilənir

Bu prospekt yenilənir

Gəncənin Nizami prospekti yeni görkəm alacaq. Cars-az regiontv-yə istinadən xəbər verir ki, bu məqsədlə iki gündür Nizami prospektində hasarların üzərinə mozaika və keramiklə Azərbaycanın milli ornamenti olan buta yığılır. Şəhərin ən böyük prospektində artıq 8 buta hazırlanıb. Butaların hündürülüyü 2, eni isə 1 metrdir. Prospektin daha gözəl və müasir görünməsi üçün başqa ornamentlər də işlənib hazırlanacaq.

Qeyd edək ki, Gəncənin digər küçələrində də anoloji işlərin aparılması planlaşdırılır.

Dostlarınla paylaş


Şərhlər


Top