14.03.2016
Yeniliklər
Dünyanın ən böyük gəmisi ilk səfərinə çıxdı
Dünyanın ən böyük səyahət gəmisi "Harmoni of the Seas” ilk səfərini reallaşdırıb. Сars-az axar.az-a istinadən xəbər verir ki, ilk səfərinə Fransanın Atlantik okeanı sahilində yerləşən Sen Nazar limanından başlayan gəmi 1 milyard dollara inşa edilib. Sərnişinlər gəmidə gəzmək üçün xəritədən istifadə edirlər. VİP kayutların bir həftəlik qiyməti 10 min dollardır. Üstəlik, otaqla birlikdə əlavə xidmətçi də verilir. Gəmidə 16 kafe və restoran var ki, onların da hər biri fərqli dizaynda tikilib. Gəminin ən böyük özəlliyi isə içərisində robotların barmenlik etdiyi bionik barların olmasıdır.