10.03.2016
Yeniliklər
Azərbaycanda "Avro-5"ə uyğun benzin istehsal ediləcək
Azərbaycan "Avro-5" standartlarına cavab verən yüksək keyfiyyətli benzin istehsal edəcək. Artıq bu barədə layihə hazırlanıb və onun icrasına başlanılıb. ""Avro-5"" startlarına cavab verən neft məhsulları Heydər Əliyev adına Neft Emalı Zavodununda istehsal ediləcək.
Şamil Həkimovun sözlərinə görə, ""Avro-5""ə keçid ekoloji tələblərdən irəli gəlib. Bə bu standarta cavab verən məhsullar yüksək keyfiyyəti ilə fərqlənəcək. Layihənin icrası mərhələli şəkildə 2019-20-ci illərə qədər davam etdiriləcək. İstehsal olunan məhsulların qiymətlərinə gəldikdə isə, Şamil Həkimov bildirdi ki, istehsala yaxınlaşanda Tarif Şurası qiymətin dəyişib-dəyişməyəcəyi ilə bağlı qərar verəcək.