04.11.2015
Yeniliklər
Bakıda son 7 ildə yol 80 km uzadılıb
2006-2013-cü illər ərzində Bakı şəhərində yeni tikilən, yenidən qurulan və təmir olunan yolların uzunluğu 758,3 km olub. Cars-az xəbər verir ki, bu barədə Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-dən trend-ə verilən məlumata görə, Bakı şəhərində xidmət göstərilən yollar, prospekt və küçələrin uzunluğu 2007-ci ildə 1500 km təşkil edirdisə, 2014-cü ildə bu göstərici 1580 km-ə çatdırılıb. Genişmiqyaslı tikinti və yenidənqurma işləri kəskin nəqliyyat tıxaclarını aradan qaldıraraq avtomobillərin maneəsiz və təhlükəsiz hərəkətinə şərait yaradıb.