04.11.2015
Yeniliklər
Azərbaycana maşın gətirənlərə şad xəbər
Dövlət Gömrük Komitəsinin yeni elektron xidməti “Elektron hökumət” portalına inteqrasiya edilib. Rabitə və Yüksək texnologiyalar Nazirliyindən Cars-az-a verilən məlumata görə, DGK-nin portala əlavə olunan “Gömrük ödənişləri” xidməti vasitəsilə gömrük ödənişlərini elektron qaydada aparmaq imkanı yaradılıb. Bununla da, komitənin “Elektron hökumət” portalı üzərindən göstərdiyi elektron xidmətlərin sayı 6-ya çatıb.
Emin