04.11.2015
Yeniliklər
Bakıda metro stansiyanın yeni çıxışından son görüntülər
“Elmlər Akademiyası" metro stansiyasının yeni tikilən çıxışları oktyabrın sonunadək hazır olacaq. Cars-az xəbər verir ki, bu barədə trend-ə ərazidə işləyən fəhlələr deyib.
İşçilərin sözlərinə görə, artıq əsas işlər görülüb: "Hazırda çıxışın ətrafındakı yerlərə tametlər vurulur. Eskalatorlar hazırdır. Bütün infrastruktur işləri yekunlaşıb. İndi kosmetik işləri görürük. Yəqin ki, bu ayın sonuna işlər yekunlaşacaq. Çıxışlar noyabrın 1-də istifadəyə verilməlidir”.
Qeyd edək ki, stansiyada dörd əlavə çıxış inşa olunur. Çıxışlardan biri Bakı Dövlət Universitetinin qarşısında (Z.Xəlilov küç), ikincisi Mətbuat prospektində, digər ikisi isə Elmlər Akademiyasının Kitabxanasının yaxınlığında olacaq.