04.11.2015
Yeniliklər
Bir neçə küçədə nəqliyyatın hərəkəti tam məhdudlaşdırılıb
Mikayıl Müşfiq küçəsinin Nəriman Nərimanov prospekti ilə kəsişməsindən Hüseyn Cavid prospekti ilə kəsişməsinə qədər olan hissəsində nəqliyyat vasitələrinin hərəkəti hər iki istiqamətdə tam məhdudlaşdırılıb.
Cars-az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib. Sürücülər alternativ olaraq İnşaatçılar prospektindən istifadə etmələri tövsiyə olunur. Təmir işləri Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən həyata keçirilir.