29.02.2016
Yeniliklər
Bakıda asfaltlanmış tarixi yollar yenidən bərpa olunacaq
Bakı şəhərinin Niyazi küçəsində, Prezident Administrasiyası ilə Azneft dairəsi arasındakı tarixi daşlı yola asfalt örtüyü çəkilib. Сars-az xəbər verir ki, yayda Bakıda keçiriləcək "Formula-1" beynəlxalq yarışı ilə əlaqədar həyata keçirilən bu tədbir sosial şəbəkələrdə böyük müzakirə mövzusuna çevrilib. Məsələ ilə bağlı "Bakı Şəhər Halqası"ndan (Baku City Circut) bildirilib ki, bu yarış çərçivəsində həyata keçirilən işlər müvəqqəti xarakter daşıyır və "Formula-1" bitdikdən sonra yollar yenidən əvvəlki görkəminə qaytarılacaq.