Bakıda gölün üstündən 8 zolaqlı yol çəkilir

Bakıda gölün üstündən 8 zolaqlı yol çəkilir

Bakıda gölün üstündən 8 zolaqlı yol çəkilir

Bakıda Böyükşor gölü üzərindən səkkiz zolaqlı yol çəkiləcək. "APA-Economics"in əldə etdiyi məlumata görə, sözügedən yol Ziya Bünyatov prospekti (Dərnəgül şossesi) ilə Balaxanı-Binəqədi yaşayış məntəqələrinə gedən yolu birləşdirəcək. Yol A kateqoriyalı olacaq. Artıq onun çəkilməsi üçün eni 36 metr, aşağı hissəsinin eni isə 94 metr olan bəndin tikintisi başa çatdırılıb.

Dostlarınla paylaş


Şərhlər


Top