04.11.2015
Yeniliklər
Bakıda 100 minlik taksilər - QİYMƏTLƏR
Dünyanın populyar taksi və xüsusi avtomobil çağırma (şəxsi sürücü) xidməti "Uber" Azərbaycanda xidmət göstərməyə başlayıb.
Cars-az azvision-a istinadən xəbər verir ki, şirkət Bakı şəhərində müştərilərinə lüks və biznes klass avtomobilləri təqdim edir.
Taksi kimi fəaliyyət göstərən avtomobillərin qiyməti 100, 150 min civarına qədər dəyişir.
Qiymətlər isə aşağıdakı kimidir:
Avtomobilin sifariş edilməsi: 2 AZN
- Bir kilometri: 0.90 AZN
- Gözləməyin bir dəqiqəsi: 0.20 AZN
- Minimal qiymət: 5.00 AZN
Qeyd edək ki, bu taksi xidməti dünyanın 57 ölkəsində və 300-dən çox şəhərində xidmət göstərir.