Azərbaycanda nəhəng bərələr tikilə bilər

Azərbaycanda nəhəng bərələr tikilə bilər

«Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi» QSC Xəzərdə 100 vaqon tutumlu bərələrin tikintisi və istismarı ilə bağlı texniki imkanları nəzərdən keçirir. Сars-az xəbər verir ki, bu barədə Trend-ə QSC-dən bildirilib. Azərbaycan ərazisindən Xəzər dənizi vasitəsilə yüklərin daşınmasının potensial dinamikasını nəzərə alaraq, 54 vaqon tutumlu yeni bərələrin və 53 yük maşını tutumlu «Ro-Pax» növlü gəmilərin tikintisi məsələsi nəzərdən keçirilir: «Bundan başqa, Xəzərdə 100 vaqon tutumlu bərələrin tikintisi və istismarı da nəzərdə tutulur, lakin bu, uzaq gələcək üçün düşünülür».

Qeyd edək ki, hazırda QSC-nin balansında müxtəlif tutumlu 14 bərə var.

Dostlarınla paylaş


Şərhlər


Top