Avropanın ən təhlükəli yolu

Avropanın ən təhlükəli yolu

Gördüyünüz yol Avropanın ən təhlükəli yoludur. Cars-az-ın məlumatına görə, Trollstigen adlanan bu yol Norveçdədir. Yol 11 sərt döngədən, eniş və yoxuşlardan ibarətdir. Yolun tam eni cəmi 3,3 metrdir. Bu yol sahəsinin aşağı və yuxarı nöqtəsi arasındakı hündürlük fərqi isə 400 metrdir. Sükan arxasında adrenalin həvəskarlarının sevimli yeri olan bu yol sahəsi yalnız may ayından oktyabr ayına qədər açıq olur. Mümkün təhlükəni nəzərə alan Norveç hökuməti qış vaxtı (noyabrdan aprelədək) yolu hərəkət üçün bağlayır.

Nurlan

Dostlarınla paylaş


Şərhlər


Top