04.11.2015
Yeniliklər
Palıd ağacından möhtəşəm «Opel» yığdılar
Şəkillərdə gördüyünüz bu avtomobilin eksteryeri (banı, buferləri və s.) və salonunun bəzi elementləri təmiz təbii palıd ağacından hazırlanıb. Onu Ukraynanın Çernovtsı şəhərinin sakini Vasiliy Lazarenko «Opel Ascona» avtomobilinin bazasında (onun mühərriki, transmissiyası və s. əsasında) 2007-ci ildə hazırlayıb. Cars-az-ın məlumatına görə, avtomobil bütün zəruri hərəkət funksiyalarına malikdir. Özü də turistlərin gəzdirilməsi üçün istifadə olunur. Doğrudan da, çox incə və unikal sənət əsəridir.
Nurlan