Avropa Oyunları ilə bağlı təmir

Avropa Oyunları ilə bağlı təmir

İlk Avropa Oyunlarının keçirilməsi ilə əlaqədar nəzərdə tutulan marşrut əsas götürülməklə həyata keçirilən işlər sürətlə davam etdirilir. Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Cars-az-a verilən məlumata görə, idmançıları, texniki heyəti və media yayım şirkəti nümayəndələrini Atletlər və Media kəndindən məşqlərə və idman obyektlərinə aparmaq üçün planlaşdırılan marşrut - Ziya Bünyadov pr-20 yanvar dairəsi-Moskva prospekti-20 Yanvar tuneli-Bakı-Sumqayıt yolundan geriyə-Bakı Dairəvi yolu-Bakı-Ələt yolunun 2-14km hissəsini əhatə edəcək.

Hazırda sözü gedən marşrut üzrə Bakı Dairəvi avtomobil yolunun 14km-lik (Lökbatan dairəsindən şəhər istiqamətinə) hissəsində təmir işlərinə başlanılıb.

Təmir işləri çərçivəsində yol konstruksiyasının üst qatının yenilənməsi işləri aparılır.

Dostlarınla paylaş


Şərhlər


Top