Paytaxtda daha bir küçədə təmir başladı

Paytaxtda daha bir küçədə təmir başladı

Bakıda daha bir küçədə təmir işləri başlayıb. Nəqliyyat Nazirliyi “Azəryolservis”dən Cars-az-a verilən məlumata görə, Binəqədi rayonunun Biləcəri qəsəbəsində X. Natəvan küçəsinin təmirinə başlanılıb. Uzunluğu 1800m olan küçənin eni keçdiyi ərazilərdən asılı olaraq 14-15metr arasında dəyişir. Artıq yolun 600 metrlik hissəsində köhnə asfalt-beton örtük qaşınaraq yenisi ilə əvəzlənir. İşlərin intensiv aparılması məqsədilə təmir işləri gecə saatlarında da davam etdirilir.

Fidan

Dostlarınla paylaş


Şərhlər


Top