Sürücülük vəsiqəsi olmadan qəza törədən şəxsə AĞIR CƏZA

Sürücülük vəsiqəsi olmadan qəza törədən şəxsə AĞIR CƏZA

Sürücülük vəsiqəsi olmadan qəza törədən şəxsə AĞIR CƏZA

Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törədən 1981-ci il təvəllüdlü Zaur İbrahimovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. Cars-az-ın lent.az-a istinadən məlumatına görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmünə əsasən Zaur İbrahimova 7 il azadlıqdan mərhum etmə cəzası verilib

Qeyd edək ki, Zaur İbrahimov 2014-ci ilin oktyabr ayının 1-də sürücülük hüququ olmadan idarə etdiyi “Renault Tondar” markalı avtomobillə Xırdalan şəhəri, Heydər Əliyev prospekti ilə şəhərin mərkəzi istiqamətində sürət həddin aşıb. O, həmin vaxtı yolu keçən 1962-ci il təvəllüdlü piyada Ellada Əliyevanı vurub. Qadın aldığı xəsarətdən hadisə yerində ölüb. Piyadanı öldürən sürücü hadisə yerindən qaçıb. Polis əməkdaşların əməliyyat- axtarış tədbriləri nəticəsində Zaur İbrahimov tutularaq istintaqa cəlb olunub.

Dostlarınla paylaş


Şərhlər


Top