Dəhşətli qəzaya səbəb ola bilərsiz

Dəhşətli qəzaya səbəb ola bilərsiz

Minik avtomobilində daşınan yataq dəsti qəzaya səbəb olub. Aeroport yolunda hərəkət edən minik maşınının damındakı yataq dəsti sürüşərək yola düşüb. Arxadan gələn digər avtomobilin sürücüsü yerdəki maneəni görərək idarəetməni itirib və minik maşınına çırpılıb. Nəticədə 3 nəfər yarlanıb. Bu hadisə minik avtomobillərində yüklərin daşınması zamanı təhlükəsizlik məsələlərini aktuallaşdırır. Qanunvericiliyə görə, minik maşınlarında müəyyən qabaritli yüklərin daşınmasına icazə verilir. Amma bir sıra qaydalara əməl etmək lazımdır.

Avtomobilin damında xüsusi qurğunun olması təhlükəsizlik baxımından kifayət etmir. Bundan əlavə, dam hissədə daşınan yük müəyyən standartlara cavab verməlidir.

Avtomobilin salonuna yük elə yığılmalıdır ki, sürücü güzgüdən baxanda arxanı görə bilsin. Yükdaşıma qaydalarının pozulmasına görə, 40 manat cərimə nəzərdə tutulub.

Dostlarınla paylaş


Şərhlər


Top