04.11.2015
Yazarlar
Bakı metrosunun yeni qatarları niyə görünmür? – AÇIQLAMA
Bir neçə gündür ki, redaksiyamıza Bakıya Avropa Oyunları zamanı istafdəyə verilmiş yeni metro qatarlarının xətdən yığışdırılması barədə məlumat daxil olur.
Cars-az xəbər verir ki, bu barədə oxu.az-a daxil olan müraciətlərə görə, vaqonlar Avropa Oyunlarına görə müvəqqəti xəttə buraxılmışdır, hazırda isə xətdən yığışdırlıb.
Məsələ ilə bağlı “Bakı Metropoliteni” QSC-nin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev bildirib ki, qatarların hər üçü xəttədir.
“Yeni qatarların sayı üçdür. Onlar bütün istiqamətdə istifadə olunur. Ola bilsin ki, gec-gec xətdə görülür, amma işləyir”. - N.Paşayev deyib.