Sürücüləri çaş-baş salan parkomat
Eyni ərazidə həm avtobus dayanacağını bildirən yol nişanı var, həm də parkomat. Yol kənarına park edilmiş avtomobillər isə sərnişinlər və avtobus sürücüləri üçün bir sıra çətinliklər yaradır.
Kadrlar paytaxtdın Nəsimi rayonu ərazisindəndir. Həsən Bəy Yusifbəyli küçəsində eyni ərazidə həm parkomat var, həm də avtobus dayanacağını bildirən yol nişanı. Eyni zamanda burda yolun hər iki tərəfi xətlənib və avtomonillərin park edilməsinə icazə verilib. Bu isə yolda sərnişin düşürdüb-mindirən avtobus sürücüləri üçün əsl problemə çevirilib
Bu problemdən təkcə avtobus sürücüləri yox, elə sərnişinlər də əziyyət çəkirlər. Ekspertlər isə bu məsələnin konkret olaran qanunla tənzimləndiyini deyir.
Sözügedən məsələ ilə bağlı parkomatlara cavabdeh olan Bakı Şəhər İcra Hakimiyyətinin Xüsusi Təyinatlı Avtonəqliyyat İdarəsi ilə əlaqə saxladıq. İdarədən bildirildi ki, həmin ərazidə quraşdırılan parkomatın götürülməsi üçün onlara nə Nəqliyyat Nazirliyindən, nə də Dövlət Yol Polisi İdarəsindən hər hansı müraciət daxil olmayıb. Əgər müraciət olarsa həmin parkomatı götürməyə hazırdılar.
Görəsən, bu məsələ ilə bağlı qanunda açıq aşkar qaydalar varsa, o zaman hər hansı bir qurumun eyni mahiyyətli xatırlatmasına və ya iradına ehtiyac varmı?