04.11.2015
Yarışma
Sürücü hansı trayektoriya üzrə hərəkətini davam etdirə bilər? - YENİ SUAL
Cars-az bu həftənin yeni sualını təqdim edir. Yol hərəkətinə dair biliklərini sınamaq istəyənlər üçün budəfəki sualımız nəqliyyat vasitələrinin yolun hərəkət hissəsində yerləşdirilməsi və manevr etmə qaydaları ilə bağlıdır. Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov tərəfindən hazırlanan sual belədir:
İkitərəfli hərəkət olan üçzolaqlı yolda bu avtomobilin srürcüsü yolayrıcında hansı trayektoriya üzrə hərəkətini davam etdirə bilər?
1. A, B və C trayektoriyalarının istənilən biri üzrə;
2. Yalnız B trayektoriyası üzrə;
3. Yalnız B və C trayektoriyaları üzrə.
QEYD: Xahiş edirik ki, cavabları yalnız sualların altındakı xanada və ya facebook bölməsində yazasınız.
Öyrənək, öyrədək!
Cars-az