Yük maşını teplovozla toqquşub

Yük maşını teplovozla toqquşub

Bakının Qaradağ rayonunda yük avtomobili teplovozla toqquşub. Cars-az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən trend-ə verilən məlumata görə, aprelin 11-də saat 10 radələrində Qaradağ rayonunun Ümid qəsəbəsi ərazisindəki qorunmayan keçiddə Gürcüstan vətəndaşı Sərxan Alməmmədov idarə etdiyi “Shacman” markalı avtomobilini teplovoza vurub.

Nəticədə xəsarət alan olmayıb, dəmir yolunda hərəkət 30 dəqiqə dayanıb.

Araşdırma aparılır.

Dostlarınla paylaş


Şərhlər


Top