04.11.2015
Qəzalar
Yolu keçən piyadanı maşın vurub öldürdü
Avqustun 20-də Qəbələdə ağır yol qəzası baş verib.
Cars-az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, saat 09 radələrində Qəbələ şəhərində rayon sakini Rəhman İsazadə idarə etdiyi “VAZ-2106” markalı avtomobillə yolu keçən həmyerlisi Aysel Şəriflini vurub. Nəticədə piyada xəstəxanaya yerləşdirilib və avqustun 21-də orada ölüb.
Araşdırma aparılır.