Notice: getimagesize(): Read error! in /sites/cars-az.com/system/library/image.php on line 35Notice: Trying to access array offset on value of type bool in /sites/cars-az.com/system/library/image.php on line 37Notice: Trying to access array offset on value of type bool in /sites/cars-az.com/system/library/image.php on line 38 “QAZel” “07” ilə toqquşdu, yaralı var

“QAZel” “07” ilə toqquşdu, yaralı var

“QAZel” “07” ilə toqquşdu, yaralı var

“QAZel” “07” ilə toqquşdu, yaralı var

Gədəbəydə bir nəfərin xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib. Cars-az-ın APA-ya istinadən verdiyi məlumata görə hadisə bu gün axşam saatlarında rayonun Qaramuradlı kəndi yaxınlığında qeydə alınıb. Bakı şəhər sakini, 1961-ci il təvəllüdlü İdris İsmayılovun idarə etdiyi “QAZel” markalı avtomobillə Gədəbəy rayon sakini, 1993-cü il təvəllüdlü Vüsal Musayevin idarə etdiyi “VAZ-2107” markalı avtomobil toqquşub. Qəza nəticəsində “QAZel”in sürücüsü İ. İsmayılov ağır bədən xəsarətləri alaraq Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı Gədəbəy rayon Polis Şöbəsində araşdırma aparılır.

Dostlarınla paylaş


Şərhlər


Top