04.11.2015
Qəzalar
Bakının mərkəzində "Mustang" qəza törətdi: 2 yaralı
Bakının mərkəzində 2 nəfərin yüngül xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Lent.az-ın məlumatına görə, hadisə Zərifə Əliyeva küçəsi ilə Bülbül prospektinin kəsişməsində qeydə alınıb. 33 yaşlı Çingiz İsmayılovun idarə etdiyi "Ford Mustang" markalı avtomobil 16 yaşlı Boris Tarasovun sürdüyü "Mercedes"ə çırpılıb. Nəticədə hər iki sürücü yüngül xəsarətlərlə Kliniki Tibbi Mərkəzə müraciət edib.