04.11.2015
Qəzalar
Qəbələdə yol qəzası: 1 ölü
Qəbələ rayonunda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Cars-az xəbər verir ki, hadisə rayonun Zarağan kəndində qeydə alınıb.
Rayon sakini Murad Musayev idarə etdiyi “Opel” markalı avtomobillə yolun kənarında dayanmış həmyerlisi Xəqani Əliyevi vurub. Xəqani Əliyev hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.