07.01.2016
Qəzalar
Yol qəzasında 4 nəfər öldü
Türkiyənin Manisa vilayətində ağır yol qəzası baş verib. Trend-in Anadolu agentliyinə istinadən verdiyi məlumata əsasən, qəza nəticəsdinə 4 nəfər həyatını itirib, 6 nəfər yaralanıb. Qeyd olunur ki, hadisə Manisa-Akhisar yolunda minik avtomobilin mikroavtobusla toqquşması nəticəsində baş verib.