06.01.2016
Qəzalar
Dayanacağda partlayış baş verdi: xəsarət alan var
İstanbulun Beylikdüzü rayonundakı metrobus dayanacağında partlayış baş verib. Cars-az Türkiyə mətbuatına istinadən xəbər verir ki, partlayış nəticəsində bir qadın yüngül yaralanıb.
İlkin ehtimala əsasən, dayanacağın giriş hissəsində turniketin kabelində baş verən qısaqapanma partlayışa səbəb olub. Hadisə baş verən zaman 24 yaşlı Büşra Akgün adlı qadın turniketdən keçirmiş. Onu yaxınlıqdakı dövlət xəstəxanasına yerləşdiriblər.
Partlayış nəticəsində yaranan yanğın söndürüldükdən sonra metrobus əvvəlki qrafiklə işini davam etdirib.