04.11.2015
Qəzalar
Xaçmazda iki avtomobil toqquşdu, sürücü öldü
Bu gün Xaçmaz rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Cars-az "report"a istinadən xəbər verir ki, Xaçmaz-Xudat avtomobil yolunun 38 km-də, Palçıqoba kəndinin ərazisindən keçən hissədə 27-BG-892 dövlət nömrə nişanlı "VAZ-21011" markalı avtomobillə 27-BC-850 dövlət nömrə nişanlı "VAZ 2101" markalı minik avtomobili toqquşub. Qəza nəticəsində ağır bədən xəsarətləri alan "VAZ-21011" avtomobilinin sürücüsü, Xacmaz rayonunun Uzunoba kənd sakini Cəlal Buxsay oğlu Ağayev xəstəxanaya çatdırılsa da, orada dünyasını dəyişib.
Hadisə nəticəsində daha 2 sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.