Xaçmazda ağır qəza: Ölən var

Xaçmazda ağır qəza: Ölən var

Dünən axşam saatlarında Xaçmaz rayonunda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Сars-az-ın APA-ya istinadən verdiyi məlumata görə, qəza Gəndob- Yalama yolunun 31 km-də Xaçmaz rayonunun Müzəffəroba kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. 27 BN 917 dövlət nömrə nişanlı "VAZ-2109", 27 BF 054 dövlət qeydiyyatlı "VAZ-2106" və 10 GD 313 nömrə nişanlı "KİA" avtomobili toqquşub. İlkin məlumata görə, qəza nəticəsində bir nəfər ölüb , 5 nəfər yaralanıb. Xəsarət alan şəxslər Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırmalar aparılır.

Dostlarınla paylaş


Şərhlər


Top