“VAZ”la traktor toqquşdu: yaralı var

“VAZ”la traktor toqquşdu: yaralı var

Dünən Gecə saatlarında Ağcabədidə traktorla minik avtomobili qoqquşub. Cars-az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən məlumatına görə, rayon mərkəzindən 9 km aralıda yerləşən Xocavənd kəndində “VAZ” markalı minik avtomobili ilə traktorun toqquşması nəticəsində yol nəqliyyat qəza hadisəsi baş verib. Nəticədə traktorun sürücüsü bədən xəsarətləri ilə yanğınsöndürən-xilasedicilər tərəfindən müxtəlif alətlərdən istifadə olunmaqla traktordan çıxarılaraq adiyyatı üzrə təhvil verilib.

Fərid

Dostlarınla paylaş


Şərhlər


Top