Goranboy yolu qana boyandı, 4 yaralı

Goranboy yolu qana boyandı, 4 yaralı

İki «VAZ-21011» markalı avtomobilin toqquşması nəticəsində 4 nəfər xəsarət alıb. Hadisə bu gün axşam saat 19 radələrində Bakı-Qazax yolunun Goranboy rayonunun Dəliməmmədli qəsəbəsi ərazisindən keçən hissəsində baş verib. Yaralılar dərhal Gəncə şəhər TTYX- nın travmatalogiya şöbəsinə çatdırılıblar. Yaralılardan ikisinin Gəncə şəhər sakinləri 43 yaşlı Canpolad Qafarov və 51 yaşlı Fərhad Əsgərovun xəsarətləri ağır olub. Qəza nəticəsində hər iki yaralının ayağı sınıb. Həkimlər yaralılara aidiyyatı üzrə kömək göstəriblər. Qəzanın hansı səbəbdən baş verdiyi araşdırmalardan sonra məlum olacaq.

Kəpəz TV

Dostlarınla paylaş


Şərhlər


Top