04.11.2015
Qəzalar
Üstünə gələn maşına qılıncla cavab verdi
ABŞ-ın Kaliforniya ştatında dəhşətli hadisə yaşanıb. Cars-az xəbər verir ki, əlində qılınc olan bir nəfər üstünə gələn qırmızı maşına qılıncla cavab verib. Gecə saat 3 radələrində baş verən hadisədə başqa bir avtomobilin vurduğu adam yenidən ayağa qalxaraq dayanmadan üstünə gələn qırmızı avtomobilə qılıncla hücum edib. Dəhşətli hadisə polisin hadisə yerinə gəlib, həmin şəxsi nəzarətə aparmasıyla sona çatıb.