Yolu keçmək istəyən qadını "07" vurdu

Yolu keçmək istəyən qadını "07" vurdu

Yolu keçmək istəyən piyada xəstəxanaya yerləşdirildi. Зaytaxtın Nizami rayonu 8-ci km bazarının yaxınlığında piyadanın vurulması ilə nətəcələnən yol nəqliyyat hadisəsi baş verib. Vüqar İbişovun idarəetdiyi "VAZ 2107" markalı avtomobil yolu keçmək istəyən 56 yaşlı Kərimova Məhəbbət Qafar qızını vurub. Yaralı hadisə yerinə çağırılan təcili tibbi yardım avtomobili ilə 3 Saylı Şəhər Kliniki xəstəxanasına çatdırılıb. Həkim Ramella Məmmədova yaralının vəziyyətinin ağır olduğunu və reanimasiya şöbəsinə yerləşdirildiyini bildirib. Hadisəni törədən "VAZ 2107" markalı avtomobilin sürücüsü Vüqar İbişov ifadəsi alınması üçün Nizami Rayon Polis İdarəsinə, avtomobil isə cərimə meydançasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Dostlarınla paylaş


Şərhlər


Top